Xəbər lenti
Bütün xəbərlər

Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya

  • 16 may 2019, 09:02

"Biz seçkilərlə bağlı müxalif qüvvələrlə əməkdaşlığa hər zaman hazırıq”.

Bunu "Yeni Müsavat”a AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli dedi.

Ə.Məmmədli Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyası (AXP) Siyasi Şurasının "Xalq Seçki Bloku” elan etməsinə münasibət bildirərkən qeyd etdi ki, onsuz da müxtəlif partiyalarla birgə əməkdaşlıq fəaliyyəti göstərirlər: "Seçkilərə gəlincə, hələ ki bu barədə danışıqlar başlamayıb.

ÆhÉd MÉmmÉdli: ile ilgili görsel sonucu

Əhəd Məmmədli: "Əməkdaşlığa hər zaman hazırıq”

Lakin hər bir təklif üzərində müzakirəyə hazırıq. Müxalifətin vahid seçki bloku şəklində, yoxsa ayrılıqda seçkidə iştirakından asılı olmayaraq, birgə əməkdaşlığa müsbət baxırıq”.

 Xəzər Teyyublu: "İlk növbədə özü bəyan etməlidir ki...”

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd etdi ki, P.Hüseynin "Xalq Seçki Bloku” haqda mətbuatdan tanış olub: "Bu, sadəcə, elandır. Hər hansı fəaliyyət hələ ki yoxdur. Pənah bəy seçkiyə hazırlıq qərarını açıqlayıb. İlk növbədə özü mövqeyini bəyan etməlidir ki, seçkiyə tək, yoxsa müxalif qüvvələrlə birgə getmək tərəfdarıdır. Ona görə də bizim partiyada bununla bağlı müzakirə olmayıb. Parlament seçkilərinə çox qalıb, indidən fikir söyləmək tezdir. Lakin biz seçkilərlə bağlı müxalifətin əməkdaşlığına açığıq. Bu gün əsas məsələ demokratik seçki mühitinin yaradılması, seçki islahatlarının həyata keçirilməsidir. Pənah bəy də elan edib ki, seçki mühiti dəyərləndirilərək ona uyğun qərar veriləcək”.

Həsrət Rüstəmov: "Daha böyük ölçüdə əməkdaşlıq modeli ətrafında müzakirələr aparmaq zamanıdır”

ADP sədrinin müavini Həsrət Rüstəmovun mövqeyi belə oldu: "Pənah bəyə və onun seçki blokuna uğurlar arzu edirəm. ADP seçkilərdə ümummüxalifət koalisiyasına həmişə tərəfdar olub, bu istiqamətdə fəaliyyət göstərib. Hazırda da seçkilərlə əlaqədar fəaliyyətimizin əsas istiqaməti budur. Amma qanuna görə, seçki koalisiyaları seçki elan olunandan sonra yaradıla bilər. Amma seçkilər hələ elan edilməyib. Hazırda danışıqlar aparmaq və daha böyük ölçüdə əməkdaşlıq modeli ətrafında müzakirələr aparmaq zamanıdır. Biz də bununla bağlı çalışırıq”.

Qeyd edək ki, "Xalq Seçki Bloku” 2019 və sonrakı yerli özünüidarə, qanunvericilik və prezident seçkilərinə hazırlığı nəzərdə tutur.

Lakin indiki mərhələdə ilk növbədə kütlələrin siyasi cəhətdən təşkilatlanması səviyyəsinin artırılması və fəallığının yüksəldilməsi məqsədilə yaradılır.

"Xalq Seçki Bloku” ideyası siyasi iqtidarın saxlandığı şəraitdə keçiriləcək seçkilərdə mütləq iştirakını nəzərdə tutmur. İştirak məsələsinə dair konkret qərar seçkiqabağı vəziyyət dəyərləndirilərək qəbul ediləcək.

"Xalq Seçki Bloku” seçkidə iştirak məsələsini həll edərkən seçki islahatlarının aparılıb-aparılmamasını əsas götürəcək.

Oxşar xəbərlər