Vahabzadənin diplomat oğlu Qarabağ Komitəsinə qoşuldu

  • 07 may 2019, 17:57
 
 
 
 
 
 
 
 
 
 
 
Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinə qoşulub.
Bu barədə unikal.org-a Qarabağ Komitəsinin üzvlərindən biri məlumat verib. Belə ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin sabah keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq. 
Bildirilir ki, İ.Vahabzadə Qarabağ Komitəsinin üzvləri qarşısında Qarabağdan, 30 illik diplomatik fəaliyyəti müddətində Qarabağ məsələsi haqqında xatirələrindən danışacaq. 
Qeyd edək ki, toplantı 08 may 2019-cu il, saat 12.00-da KXCP-nin ofisində keçiriləcək.
Oxşar xəbərlər