Bu qurumun adı dəyişdi

  • 10 fev 2015, 15:10

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Bakıelektrikşəbəşə" ilə bağlı sərəncam verib. Dövlət başçısının sərəncəmaı ilə "Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Müəyyən edilsin ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Nazirlər Kabinetinə iki ay müddətində "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsmək tapşırılıb.

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb, o cümlədən "Azərenerji” və "Azərişıq” ASC-nin yeni nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Sərəncamla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

 

Demokratik.Az 


 

Oxşar xəbərlər