Saakaşvili heyrətləndirdi

  • 07 fev 2015, 12:21
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna telekanallarından birinin efirində maraqlı açıqlama verib.


Saakaşvili bildirib ki, Ukrayna hərbçiləri bütün Rusiyanı tutacaq bacarığa sahibdir: "Əgər onlara lazımlı biliklər, təlim və silah verilsə, onlar bütün Rusiyanı tuta biləcəklər". 

Siyasətçinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinə köhnəlmiş tank əlehinə silahlar maneçilik yaradır:

"ABŞ-da müasir hərbi texnikalar var. Əgər onlar Ukraynaya bu silahlardan versələr, o zaman Ukrayna birinci növbədə ən azı 50 Rusiya tankını partladacaq. Bundan sonra isə hər şey tamamilə başqa cür olacaq", - deyə o bildirib.

Saakaşvili həmçinin hesab edir ki, ABŞ Ukrayna ordusunun döyüş bacarığının artırılması üçün pilotsuz təyyarələr və artilleriya verməyə hazırdır.