Xəbər lenti
Bütün xəbərlər

ABŞ-dan Putinə Qarabağ mesajı

  • 04 fev 2015, 19:49
"Minsk qrupu prosesi tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır".

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ, Türkiyə və Almaniyanın daxil olması ilə həmsədrlərin formatının genişləndirilməsi təkliflərini şərh edərkən deyib.

Diplomat bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün üzərilərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər:

"Bununla belə, biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər bizim vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi
davam etdirəcəyik".
Oxşar xəbərlər