Xəbər lenti
Bütün xəbərlər

"Müsavat parçalanması"davam edir

  • 03 fev 2015, 19:24

Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.

Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov öz facebook səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.

O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Müsavat Partiyası sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”/apa/.

Oxşar xəbərlər