Paşinyan Azərbaycandakı separatçıya zəng etdi - NİYƏSİ

  • 31 mart 2019, 23:07
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan ərazisindəki separatçı-terrorçu rejimin başçısı  Bako Saakyan arasında telefon danışığı olub. 

Moderator.az xəbər verir ki, Paşinyanın mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər martın 29-da  Vyanada Ermənistan baş naziri N.Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün nəticələrini müzakirə ediblər.

İşğalçı və separatçı rejim rəhbərlərinin söhbətində eyni zamanda martın 12-də Xankəndində keçirilmiş Ermənistan və separatçı rejim təhlükəsizlik şuralarının birgə iclasında qəbul edilmiş gündəliyin  icrası məsələlərinə toxunulub.
Oxşar xəbərlər