Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

  • 07 mar 2019, 22:18
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanmış məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu gözəl bayram Sizi qarşıdan gələn yazın istisi, yaxınlarınız və dostlarınızın diqqəti və qayğısı ilə isindirsin.

Qoy həyat yolunda daim uğur yanınızda olsun, evinizdə isə harmoniya və sevgi mühiti hökm sürsün. Sizə can sağlığı və ən yaxşı arzularımı çatdırıram".
Oxşar xəbərlər