BMT-nin İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb

  • 25 fev 2019, 14:54

 

 

 

 

 

 

BMT-nin İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb.

Demokratik.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın İsveçrədəki ofisində keçirilən iclas martın 22-dək davam edəcək. İclasın ilk üç günündə iki dövlət başçısının, iki baş nazirin və yetmişə yaxın nazirin çıxışı nəzərdə tutulub. İclasa BMT-nin baş katibi Antonio Quterreş də qatılıb. Baş katib çıxışında son üç ildə mindən çox insan haqları müdafiəçisinin və jurnalistin öldürüldüyünü deyib.

Oxşar xəbərlər