"Azərbaycan müharibəyə hazırlaşır - Ermənistan hakimiyyəti isə..."

  • 06 fev 2019, 19:58

İşğalçı ölkənin Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov  baş nazir N. Paşinyanın Qarabağ məsələsi ilə bağlı son bəyanatını şərh edib.

Moderator.az xəbər verir ki, o, bu haqda Ermənistan saytlarından birinə açıqlamasında danışıb. E.Şarmazanovun sözlərinə görə, dünənki bəyanat bir şeyi aydın  göstərdi - Nikol Paşinyanın İlham Əliyev haqda illüziyaları boşa çıxdı.

"Azərbaycan müharibəyə hazırlaşır, Azərbaycan bütün bəyanatlarında məsələni həll etmək üçün güc istifadəsini istisna etmir. Paşinyan hakimiyyəti isə Köçəryanı həbsdə saxlayır... Biz cəmiyyətimizi, ordularımızı möhkəmləndirməliyik ", - deyə Edvard Şarmazanov həyəcanını gizlətməyib.

Oxşar xəbərlər