ATƏT PA İrəvandan araşdırma tələb etdi

  • 29 yan 2019, 21:59

ATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı rəsmi Yerevana məktub göndərib.

Bu haqda ATƏT PA-nın rəsmi tviter hesabında məlumat verilib. 

Komitə sədri Yeqizaryanın aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən narahat olduğunu və bu məsələnin araşdırılmasını rəsmi İrəvandan tələb edib.

Xatırladaq ki, dünən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanda həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı məsələni ictimailəşdirmiş və beynəlxalq təşkilatların bu dəhşətli hadisyə laqeyd qalmasını qəbul edilməz olduğunu bildirmişdi. Bu gün isə ATƏT PA məsələyə münasibət bildirərək narahatlığını ifadə edib və rəsmi İrəvandan məhbusun ölümü ilə bağlı izahat istəyib.

 

Oxşar xəbərlər