Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək

  • 16 yan 2019, 20:38

Rəsmi Moskva İran və Azərbaycanın iştirakı ilə üçtərəfli sammitə hazırlıqla məşğuldur.

Virtualaz.org bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Üçtərəfli sammiti qəbul etmək növbəsi bizdədir. Buna hazırlaşırıq və sizi inandırım ki, görüş baş tutacaq”, - rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, Lavrovun mətbuat konfransı "Rossiya 24” telekanalı ilə canlı yayımlanıb.

Oxşar xəbərlər