DTX-nin hərbi hissəsində bayram tədbiri - Mehriban Əliyeva Heydər Əliyevlə görüşdü

  • 01 yan 2019, 00:41

 

 

 

 

 

 

 

 

 

Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

 

 

 

 

 

 

 

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb.

Bildirək ki, həmin hərbi hissədə ölkə başçısının oğlu Heydər Əliyev də xidmət edir və tədbir zamanı 1-ci vitse-prezident xanım Mehriban Əliyeva öz oğlu ilə də görüşüb.

 


 

Oxşar xəbərlər