Xəbər lenti
Bütün xəbərlər

Oqtay Əsədov Volodinə məktub yazıb

  • 07 dek 2018, 13:15

Milli Məclisin plenar iclasında ermənipərəst rusiyalı deputatların iddialarına etiraz çıxışlarına spiker Oqtay Əsədov münaisibət bildirib.

Spiker deyib ki, İrəvanda Azərbaycan əleyhinə iddialar səsləndirən Rusiya Dövlət Dumasının üzvü K.Zatulin heç Duma üzvü olmayanda Azərbaycana qarşı düşmən mövqeyində olub. Oqtay Əsədov həmçinin qeyd edib ki, "Lazarev klubu”nda bir neçə nəfər Yevseyev kimilərini çıxmaq şərtilə, digərləri ermənilərdən ibarətdir”.

O.Əsədov bildirib ki, artıq Rusiya Dövlət Dumasının sədrinə etirazını yazıb: "Mən artıq Volodinə məktub yazmışam, fikirlərimi bildirmişəm. Güman edirəm ki, məsələyə obyektiv münasibət olacaq”.

Demokratik.Az

Oxşar xəbərlər