Xəbər lenti
Bütün xəbərlər

Prezident İlham Əliyev Rusiyaya işgüzar SƏFƏRDƏ

  • 07 dek 2018, 01:31

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Azərtac xəbər verir ki, dövlət başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəlib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar.

      

Oxşar xəbərlər