MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

  • 28 sen 2018, 03:02

Düşənbədə Tacikistanın xarici işlər naziri Sirociddin Muxiddinin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

   

Demokratik.Az Azərtac-a stinadən xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseynin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Birlik üzvü olan dövlətlərin siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. MDB çərçivəsində gündəlikdə duran aktual problemlər və qarşılıqlı fəaliyyət üzrə fikir mübadiləsi də aparılıb.

 

Şuranın iclasında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi razılaşdırılıb, 2019-2020-ci illərdə MDB dövlətləri arasında humanitar əməkdaşlıq sahəsində tədbirlər Planı təsdiqlənib.

2021-ci ildə Düşənbənin MDB-nin mədəniyyət paytaxtı elan olunması, kosmik məkandan dinc məqsədlə istifadə edilməsi sahəsində Birlik Konvensiyası ilə bağlı məsələlər də müzakirə edilib.

Şuranın iclasında Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

Oxşar xəbərlər