Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyevdən vətəndaşlara XOŞ müraciət

  • 15 sen 2018, 13:13

"Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək", prezident İlham Əliyev Bakının Maştağa qəsəbəsində müəllimlərlə görüşündə deyib.

Demokratik.Az bildirir ki, bu barədə Azərtac yazıb. Prezident qəsəbədə yeni tikilmiş 28 nömrəli orta məktəbin Savalan yaşayış massivinin sakinlərinin xahişi ilə tikildiyini deyib.

"Azərbaycanda ictimai nəzarət daha da güclü" olmalıdır deyən prezident bildirib ki, ölkədə hələ də onları narahat edən məsələlər "kifayət qədər var" və bu problemlər barədə xəbərdar olmaq üçün ictimaiyyətin fəallığına ehtiyac var: "İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır", İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir".

Prezident deyib ki, ölkələri inkişafa doğru aparan əsas amillər "savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir".

O, əlavə edib ki, müasir texnologiyalara böyük dəstək verilir: "İlk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər".

Demokratik.Az

Oxşar xəbərlər