Azərbaycan - İsrail əməkdaşlıq layihələri müzakirə edilib

  • 15 sen 2018, 12:58

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.

Görüşdə sentyabrda Bakıda keçiriləcək "ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.

Oxşar xəbərlər