Ərdoğan və Putinin görüş tarixi açıqlanıb

  • 14 sen 2018, 14:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 17-də Soçidə keçiriləcək.

"Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri köməkçilərinin Suriyadakı vəziyyətə həsr edilən görüşü olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl belə bir tədbirin keçiriləcəyini və onların Suriya üzrə dördtərəfli sammitin gündəliyini müzakirə edəcəklərini bildirmişdi.


Oxşar xəbərlər