“Görünür İlqar Məmmədov hələ yaxşı islah olunmayıb" - Orduxanlı

  • 05 sen 2018, 08:18
"Hər bir insan cəzaçəkmə müəssisəsindən ona görə islah olunur ki, cəmiyyətə yenidən uyğunlaşsın. Mən elə başa düşürəm ki, İlqar Məmmədov hələ islah olunmayıb”. 
Demokratik.Az bildirir ki, bunu Moderator.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, İlqar Məmmədov Azərbaycan dövlətinin, xüsusilə cənab Prezident İlham Əliyevin onunla bağlı hümanist prinsiplərə söykənib cəzasının çəkilməmiş hissəsindən azad olunmasına adekvat münasibət göstərmir: 
"Bu da bir insanın xarakterindən, insanın özünün keyfiyyətindən irəli gələn bir haldır. Kimsə onu yüksək dəyərləndirə bilər, kimsə də İlqar Məmmədov kimi onu o cür adekvat münasibət göstərməyə bilər. Ümumiyyətlə düşünürəm ki, İlqar Məmmədovun bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı var. Bunu onun özü də gizlətmir. Görünür bu şəxs həmin o əməkdaşlıqdan irəli gələrək Azərbaycan dövləti ilə bağlı müəyyən mənfi fikirlər səsləndirməkdə davam edir. O hələ həbsdən öncə də bu prosesi həyata keçirirdi və həmin o təşkilatların nümayəndəsi rolunu oynayırdı. Düşünürəm ki, İlqar Məmmədov yenə də öz ampluasındadır. Bu insan Prezidentin əfv fərmanını yüksək qiymətləndirmirsə, bu onun şəxsi göstəricilərinin nümunəsidir. Hər kəs öz düşüncəsinə, mədəniyyətinə uyğun davranır. İlqar Məmmədov da bu pozisiyanı tutub”.
Demokratik.Az
Oxşar xəbərlər