Xəbər lenti
Bütün xəbərlər

Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı

  • 15 avq 2018, 12:39
Millət vəkili Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejakla görüş keçirib.
Görüş zamanı Macarıstan parlamentinin spikeri Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib.
O, Macarıstanda Turan Qurultayı kimi tədbirlərin keçirilməsinin xalqlar arasındakı dostluğun inkişafına töhfə verəcəyinə qeyd edib.
Azərbaycanın Macarıstanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayan Qənirə Paşayeva bu istiqamətdə əldə olunan uğurlar barədə danışıb və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Deputat həmçinin Azərbaycan-Macarıstan parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb və Azərbaycanla bağlı geniş məlumat verib.
Q.Paşayeva görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son vəziyyət barədə də danışıb.

Deputat Qarabağ problemində dost Macarıstanın Azərbaycana dəstəyini daha da artıracağına inandığını bildirib./axar.az/

Demokratik.Az

Oxşar xəbərlər