Xəbər lenti
Bütün xəbərlər

İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO

  • 13 avq 2018, 19:28

Xəbər verdiyimiz kimi "REAL" Partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Musavat.com-un müxbiri xəbər verir ki, İlqar Məmmədov Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki evinə gəlib.

İlqar Məmmədov azadlığa çıxması barədə danışıb: "Tam gözləntim yox idi. Bu gün məhkəməyə aparılanda nəyinsə olacağına gözləntim oldu. Amma qismən azad olunmuşam, şərti cəza qalır. Bu günkü uğuru dəyərləndirməyə çalışacağıq. Planlarım həbsxanada daim olub. Növbəti atacağımız addımlar bunun cavabı olacaq. Evimin qarşısında bu qədər izdihamın məni qarşılayacağını gözləmirdim. Təsəvvür edin ki, bu izdihamı görməmək üçün məni gətirənlər 100-150 metr aralıda düşürdülər və bundan o tərəfə özün get dedilər. Həbsdə olduğum müddətdə REAL-ın fəaliyyəti məni tam qane etdi. Bunun üçün dostlarıma təşəkkür edirəm".

Xatırladaq ki, İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunmuşdu.

O, 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir.


Oxşar xəbərlər