Xəbər lenti
Bütün xəbərlər

İlqar Məmmədov azadlığa buraxıldı - FOTO

  • 13 avq 2018, 14:13

ReAl partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb. Bu barədə Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. 

Xatırladaq ki, İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunmuşdu.

İlqar Məmmədov 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir.

O, 1988-1989-cu illərdə Sovet ordusunda xidmət etdikdən sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000 - Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışarkən Azərbaycanda ilk dəfə parlament səsvermələrin riyazi təhlil metodikasını təklif və tətbiq edib.

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilib.

Oxşar xəbərlər