Xəbər lenti
Bütün xəbərlər

Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı

  • 13 avq 2018, 11:43

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyə, Özbəkistan heyəti və Başqırd, Uygur və Noğay Türklərinin təmsilçiləri ilə Qarabağdan danışıb.
Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsinə millət vəkili Q.Paşayeva tədbir çərçivəsində qardaş Türkiyə, Özbəkistandan gəlmiş nümayəndə heyətləri ilə, Başqırd, Uygur və Noğay Türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.Millət vəkili Qənirə Paşayeva bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.

Millət vəkili Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb.Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər.


 
Oxşar xəbərlər