ZİYAFƏT ƏSGƏROV ATƏT-Ə SƏRT CAVAB VERDİ

  • 14 apr 2018, 08:52
 
 
 
 
 
 
 
 
 

 
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır".
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.
Z. Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: "Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır".
Demokratik.Az
Oxşar xəbərlər