Vidadi İsgəndərlinin daha bir eybi açıqlandı

  • 24 mar 2018, 16:13

Milli Azadlıq Hərəkatının fədakarlarından, AXC hakimiyyəti dövründə Bələdiyyə Polisinin rəisi olan Mehdi Mehdiyev, Fransada yaşayan Vidadi İsgəndərlinin təhqiramiz açıqlamaları ilə bağlı öz facebook hesabında status yazıb. Mehdi Mehdiyev həmin statusunda Vidadi İsgəndərli barəsində bəzi ilginc faktları açıqlayıb. 

Hazırda gündəmin ən aktual mövzularından biri ilə bağlı olduqca maraqlı faktların yer aldığını nəzərə alaraq, Mehdi Mehdiyevin həmin statusunu müəyyən redaktə ilə diqqətinizə çatdırır:

"Ölkə ictimaiyyətində baş verən proseslər hər bir Azərbaycan vətəndaşı kimi məni də çox ilgiləndirir. Təbii ki, hər bir hadisəyə, prosesə münasibət bildiriləsi deyil. Bunun üçün dövlət qurumları, mətbuat, vətəndaş cəmiyyəti, QHT-lər və orada çalışan ciddi mütəxəssislər var. Bu ay işlərimlə əlaqədar kəndimizdə daha çox olduğumdan bir məsələyə gec də olsa, münasibət bildirmək qərarına gəldim.

Hərçənd hər məsələyə reaksiya verən deyiləm. Mövzu isə dünyada, regionda cərayan edən proseslər deyil, məhz Azərbaycan adından indiki həssas durumda şəxsən tanıdığım Vidadi İsgəndərlinin, nə ad deyim, bilmirəm - sərsəmləməsimi, tərbiyəsizliyimi, satın alınmasımı, xəyanətimi, nankorluğumu, - Vallah leksikonumuzda buna uyğun ad tapa bilmirəm - amma onun son hərəkətinə bir neçə epizodla münasibət bildirmək istəyirəm.

Vidadi, adam "işsiz" də, "xəstə" də, "məhbus" da, "mühacir" də ola bilər . Amma, bu dərəcədə şərəfsiz, ləyaqətsiz və ən başlıcası ALLAHSIZ olmaz! Gedib oturmusan orada. Başa düşdük... Günah mən və mənim kimilərindədir ki, axı sən zamanında əxlaqsızlıq və xuliqanlıq cinayət əməllərinə görə tutulanda 28-ci polis bölməsinin rəisi Böyükağa bəydən niyə şəxsən özüm və digər dostlar azad olunmağını xahiş etdilər.

Yaxşı ki, qohum-əqrəbanın yalvarışları sayəsində zərərçəkən qaqauz tələbə qız iddiasını geri götürdü. Bizlər səhv etmişik. Əslində sən "siyasi məhbus" yox, məlum əməllərinə görə müvafiq maddələrlə özün hüquqşünas olaraq təcridxanada hansı kamerada, hansı kalonda, nə müddətə cəza çəkməli olduğunu müəyyənləşdirməli idin.

Elə bu cür əxlaqsız davranışlarına görə növbəti dəfə artıq hüquq-mühafizə orqanlarına yox, bir tələbə dostuna rast gəldin. Məhz bundan sonra sənin dişlərin protez oldu. Adını yazmağa ehtiyac yoxdur. O, şərəfli tələbə, hərəkat, döyüş dostumun... Düşüncən yoxdur, bilirəm. Çiyinlərinin üstündə yumuru bir orqan var - ora qulaq da aiddir. Əminəm. Və bir insan kimi acıyıram ki, dünyanın hansı ölkəsində olsan da, bu cür nakişi davranışlarınla qulaqlarının da eşitmə qabiliyyəti saxta olacaqdır. Eynən özün kimi...

Sən başa düşməsən də çox hörmət bəslədiyim böyük qardaşım İsfəndiyar bəygil bilir. Səni kim həbsdən azad elətdirib. Ayıb deyilmi? Heç utanırsanmı?

Xalq Hərəkatının ağbirçəklərindən olan, ölkə ictimayyətinin böyük hörmət bəslədiyi, bizim hamımızın isə "mamaşa" deyə müraciət etdiyimiz Novella xanım o yaşında, o səhhətində Göyçaydakı məhkəmənə sənin qardaşına görə gəlmişdi. Vidadi, yəqin ki, mənim üç də alacağım, beş də verəcəyim adam olmadığını bilirsən. Bəlkə sən özünü bir "şizofrennik" olaraq, Topçubaşov, Ceyhun bəy Hacıbəyli sanırsan? O Kişilər Azərbaycan davası aparıblar...

Siyasi mübarizə adı altında bu ölkənin hansı düşmənlərinin dəyirmanına su tökdüyünü biz bilirik. Bu, Azərbaycan (Qarabağ, demokratiya, insan haqları...) davası deyil. Bunun adı sadəcə nakişilikdir. İndi oturmusan qucaqda, tanıyıb-tanımadığın, Dövlət adından çıxış edən Prezident və onun ailə üzvlərindən başlamış, sənin üstündə haqqı olan bu qədər insanların ünvanlarına nə hətərən-pətərən video paylaşırsan?

Nankor, yaramaz ünsür! Sən nə anlayarsan ki, Azərbaycan nə deməkdir? Siyasi mübarizə Konstitusiya, ölkə qanunları və Azərbaycanımıza məxsus olan əxlaqi-mənəvi dəyərlərlə aparılır, ay dəyərsiz... Adam kişi olar, yekun olaraq, sən agentsən, sən xəstəsən - özün seç.

Dəyərli dostlar, bəndənizi bəzi ifadələrə görə üzürlü hesab edin. Leksikonuma və tərbiyəmə uyğun olmayan müəyyən sözlər işlətdim. "Viva"nı da bu il yel çərşənbəsi Fransaya tullayıb, kösövə salıb, gilə bükələyib, suladı..."/musavat.com/

Demokratik.Az

Oxşar xəbərlər