Prezidentliyə namizəd müxalifət partiyaları ilə danışıqlara başlayır

  • 19 mart 2018, 19:04

11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış ADP sədri Sərdar Cəlaloğlu bu gündən etibarən özünün seçki kampaniyasına dəstək məqsədi ilə bir sıra müxalif partiyalarla məsləhətləşmələrə başlayır.

İlkin olaraq Ümid Partiyası və Azərbaycan Xalq Partiyası ilə danışıqlar aparılması nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl prezidentliyə namizədliyi irəli sürülən Azərbaycan Demokrat Liberal Partiyasının sədri Fuad Əliyev ADP sədri Sərdar Cəlaloğluun xeyrinə öz namizədliyini geri götürməklə bağlı mətbuatda bəyanatla çıxış edib.

Oxşar xəbərlər