Vidadi İsgəndərlini deputatla dost edən siyasi xətt - ÇƏTİRALTI XƏYANƏT!

  • 19 mart 2018, 12:28

Növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca hazırki iqtidara - prezident İlham Əliyev hakimiyyətinə qarşı çirkin siyasi gedişlərin bolluğuna şahid oluruq. Öz düşüncə"enerjisi"ni guya Azərbaycan xalqından aldığını səsləndirən, sərsəm fikirlərlə durmadan iqtidara olmazın təhqirlər yağdıran bir ovuc ruhi xəstənin rəzil tamaşalarını seyr edirik.

Avropada oturan biriləri gah bacılarını, gah valideynlərini mövzu aləti etdirir, gah "milli aşuradarlar"a dəstək kimi mitinqlərdə xırda bir stadionu doldurmaq üçün boşboğaz çağırışlara köklənir, biri də hüquqazidd şüarlarıyla; "hüquq müdafiəçisiyəm" deyib haray-həşir salır. Hələ ata məzarını səhv salaraq yalançı videodəlillə təhqir olunduğunu hamıya inandırmaq cəhdi edir. Axı nə istəyirlər? Azərbaycanda avro dəyərində bir demokratiyamı? Bəlkə hollandların sevdiyi qoluboy inqilabmı? Bəlkə xalqın prezidentinə olan məhəbbətini yox edib, daxili vətəndaş "müharibəsi"? Elə isə qulaqları eşitsin - Bunların hamısı onların boş xülyalarıdır, dəlilik əlamətləridir. Yaxşısı, əgər doğudan da bu vətən dardadırsa, geri - vətənə qayıtsınlar, əgər vicdanları qalıbsa... Ya da anlasınlar ki, qosqoca, 10 milyonluq xalqın seçimi olan bir ölkə başçısını təhqir etməklə, əslində bütöv Azərbaycanın hüquqlarını pozurlar. Bunun adı isə mədəniyyətsizlikdir, vətənə əsl XƏYANƏTDİR!

Dəyərli oxucu! Bu cür neqativ zatlar hər biri ayrı-ayrılıqda Əliyevlərə yanaşmada illərdir ki, siyasi fahişəlikdən, müxalifət düşərgəsində aşıladıqları siyasi mastorbasiyadan əl çəkə bilmirlər. Çün və ona görə ki, onlar "obijniklər"di. Bu xuy-xasiyyət onlarda bir azardır və ALLAH HEÇ ŞƏFALARINI VERMƏSİN!

Deyəsən axı mən də bir - iki kəlimə təhqirə yol verdim. Qoy mənim bu "nöqsanım" indiyədək prezident(lər)imizin ünvanına gül ağızlardan təhqir yağdıran şarlatanlara bir lənət duası olsun. Onsuz da Avropadan Azərbaycana o saydaşlarımızın göndərməyə çalışdığı "qara daşlar", şər-şəbədə ittihamlar geri dönüb layiq olduğu qapını döyür - ağızlarından çıxan hər laf, hər çamur sığındıqları o Avropa sınırından zatən kənara çıxmır. Biriləri sanki güzgüyə baxıb özünə küfr edərmiş kimi, öz youtube kanallarında və digər sosial şəbəkələrdə tirajladıqları təhqirləri özləri həzm edir, acıxdıqca da eybəcər və ermənipərəst kərtənkələlərin zəhərləri ilə qidalanırlar.

Son dönəmlərdə bu cəmiyyət bədnam düşüncəlilərin provokativ çağırışlarını eşitməkdən lap bezib, hətta ölkənin aparıcı ictimai-siyasi fiqurları ard-arda avroünsürlərə layiqli cavablarını verib. Buna qədər isə, əqidəli siyasətçilər, mövqeyinə görə dərhal təhqirə tuş gələn samballı qələm adamları xoş sözlərlə burdan ta Avropaya barış süfrəsi açdılar, zira yenə fayda olmadı. Əksinə, bu ayaqyalın boşqafalıların dili lap uzadı, başları gicəlləndi. Yenə təhqir elədilər, dayanmadılar, söydülər...

Hərçənd ki, buracan gəlib çatdım, cəsarəti olanlar gərək etiraf etsin ki, ölkə içində onlarla eyni zehniyyətdə olan siyasi fərdlər var. Bu fərdlərin bütün sferanı bürüməsi kimi ehtimal da yürütmək olar. Bunlar mütləq ki, zamanla və müxtəlif formalarda təzahür edəcək. İçimizdəki yaramazlar bir-bir deşifrə olunacaq, maskalar cırılacaq, hələ çox paxırlar açılacaq! Kimin kim olduğu cəmiyyətə kifat qədər bəlli olsa da...

Məsələn, ünlü simalardan birisinin siyasi maskası cırıldı. Ötən gün BAXCP tərəfindən növbədənkənar prezidentliyə namizədliyi önə sürülən avantürlist deputat Qüdrət Həsənquliyev özünü əməllicə "yandırdı". Partiya sədrinin müavini Niyaməddin Orduxanlı hazırda Fransaya sığınmış sabiq məhkum, radikal boşboğaz Vidadi İsgəndərlinin həbsxanadan BAXCP sədri Qüdrət Həsənquliyevə yazdığı "məktubları" açıqlayb. Yönü bilinməyən müxalif deputat illərdir cüzdanında gizlədiyi "ksiva"ları bəyan edərək özünü səxavətli, insanpərvər kimi, opponentini isə mənəviyyatsız kimi göstərib. Əslində, bu mənzərədan deputatın bu yolla zəvzək zeklə dostluğunu danmağa, Vidadi ilə arasında olan digər gizli əməlləri ört-basa çalışdığını görə bilirik. Bəs "ksivaların" görünməyən tərəfində Qüdrət bəy özü nəyi gizlədir? Dostlar arasında əslində nə baş verir? 

Cənab Həsənquliyev bu addımla əslində nəyə varmaq istəyini kifayət qədər açıq bəlli etməyib. Əksinə müəmmalı suallar ortaya çıxarıb. Hətta özü bəyan edib ki, ölkə iqtidarını uzun illərdir ki, söyməklə məşğul olan köhnə dostun "ksiva"larındakı xahişlər partiya sədri tərəfindən dərhal icra olunub. Sizcə niyə? Bu o deməkdir ki, Qüdrət Həsənquliyev- Vidadi İsgəndərov dostluğunda səmimiyyətdən kənar siyasi maraqlar da olub. İddiamın sübutu elə də qəliz deyil. Ksivaları cırmayan deputatla onun adını indiyədək bir dəfə də çəkməyən bir antimilli kütbeyini hansı mənəvi tellər bağlayırdı ki? Bəlkə, Qüdrət Həsənquliyev iqtidar tərəfindən həbs olunduğunu hayqıran Vidadiləri yemləməklə məşğuldur və bundan xəbərimiz yoxdur? Yoxsa, məsələ tam başqadır? Əslində elə bu sualın da cavabını onlar özü verib.

Deputatın sağdışı N.Orduxanlı  elan edib ki, V.İsgəndərlinin bir çox başqa şəxslərlə yanaşı, Qüdrət Həsənquliyevin ünvanına da kəskin ifadələr işlətməsi "ksiva"ların yayılmasına səbəb olub. Bəs, V.İsgəndərlinin Qüdrət Həsənquliyevi satqınlıqda, xəyanətdə ittiham etməsi niyə indi baş verdi və bu açıqlama baş verməsəydi cütlük arasındakı qaranlıq dostluq nə zamanadək davam edəcəkdi? Ümumiyyətlə, tərəflər arasındakı dostluq hansı dəyərlərin üzərində formalaşıb və nə dərəcədə səmimi olub?..

Təsəvvür edin ki, deputat V.İsgəndərlinin yazdığı iddia olunan bu məktubları yaydıraraq opponentinin necə bir mənəviyyat sahibi olduğunu göstərməyə çalışıb. Həmin məktublarda V.İsgəndərli deputat Q.Həsənquliyevə çox borclu olduğunu yazır və ondan şəxsi səciyyəli xahişlər edir.

V.İsgəndərlinin Q.Həsənquliyevə ünvanladığı məktubların hər biri maraq doğurur. "Ksiva"nın birində yazılır: "Bacı xəstədir. Allah şəfa versin. Mənim sənə çox borcum var. Azad olunanda deyərəm. Sağ ol öpürəm. Vidadi...". Görünür ki, deputat öz səxavəti ilə İsgəndərlini əməllicə borca salıbmış. Amma azad edildikdən sonra borclunun "dostuna" nə deyəcəyi də bizlərə qaranlıqdır. 

Başqa bir xahiş məktubu belədir: "Bəy salam. Mən sənə minnətdaram. Bir xahişim var. Ayla birinci sinfə gedəcək. Xahiş edirəm onun məktəbə lazım olan bütün problemlərini həll et. (əslində əmi kimi borcundu, sadəcə yadına salıram) Bəy, mən əlayam. Sən dost kimi möhürünü vurdun. Sən doğrudan da dost olduğunu sübut etdin başqalarından fərqli olaraq. Oqtay andı". Bu məktubun da şərhi çətinlik yaradır. Amma həmin vaxtki sıx dostluq sətirlərdə görünür.

Digər bir məktubda: " Bəy! çox sağ ol! Hər şeyə görə. Mən əlayam, duz çörəyi itirmədin, minnətdaram! Azadlıqda görüşənədək. Vidadi (Viva Göyçaylı)

Bu qalmaqaldan sonra düşünmək olar ki, Qüdrət Həsənquliyev Vidadi İsgəndərli ilə dostluq edərək hansısa ambisiyalar həyata keçirib və ya keçirmək barədə düşüncədə olub. Elə Fransadakı yekəpər də son videoçıxışında köhnə dostunun zaman-zaman ona ciddi məlumatlar ötürdüyünü iddia edib. Və klanlararası mübarizədə deputatın ötürücülük funksiyasına malik olması barədə fikir formalaşdırmağa çalışıb. Bəs, Vidadi İsgəndərli hansı maraqlara, hansı klana qulluq edib? Bəs, deputatı bu xislətdə olan bir adamla hansı siyasi maraqlar birləşdirib? Əliyevlər hakimiyyətinə radikallıqmı, yoxsa kimlərinsə məkrli sifarişlərimi? Bəlkə, birilərinin çətiri altında oynanılan XƏYANƏTdən onlara birlikdə bir pay düşüb?.. 

Görünür ki, İsgəndərlinin deputatı xəyanətkar adlandırması təkcə aralarındakı dostluqla əlaqəli deyil. Ola bilsin partiya sədri altına sığındığı oliqarx çətirini dəyişib və ya prezident seçkilərində iştirakı dostunun fikrinə görə xəyanətdir...

Sonda, əgər prezident olmaq istəyən bir deputatın timsalında, içimizdə Vidadiləri məlumatlandıran ünsürlər, qruplaşmalar varsa, dövlətçiliyimizə sezilən ciddi siyasi təhlükələr, bütün ehtimallar analiz edilməlidir...

Yadımdaykən onu da deyim. Qüdrət Həsənquliyevdən prezident olmaz. Xalqın vəhdəti, həmrəyliyi kimədirsə bu kəs də ona səs verin. Yoxsa, göz görə-görə bu siyasi avantüristlərlə zülmətə gedərik...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər