Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanda prezidentliyə namizədlərin SİYAHISI + FOTOLAR

  • 27 fev 2018, 09:00

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən 15 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib. 

 

"Demokratik.Az"-ın məlumatına görə, bugünə olan nəticəyə görə, prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslərin sayı ümumilikdə 15-ə çatıb.
Növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:
1. Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
2. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
3. Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
4. Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
5. Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
6. Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
7. Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

8. Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
9. Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
10. Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;
11. Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
12. Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

13. Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

14. Əli Əliyev - prezidentliyə namizədliyi sədrlik etdiyi Vətəndaş və İnkişaf partiyası tərəfindən irəli sürülmüşdür;

15. Sərdar Cəlaloğlu - prezidentliyə namizədliyi sədrlik etdiyi  Azərbaycan Demokratik Partiyası tərəfindən irəli sürülmüşdür.

 

"Demokratik.Az"


Oxşar xəbərlər