Demokratik TV
Xəbər lenti
Prezidentliyə namizədlərin sayı 15-ə çatdı
- 24 fev 2018, 20:52
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məsələ səsə qoyulub və təsdiq edilib.
Daha sonra Vətəndaş və İnkişaf Partiyasınınvə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb.
"Demokratik.Az"
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
13 nəfər prezidentliyə namizədliyini irəli sürüb
MSK İlham Əliyevin namizədliyi təsdiqlədi
YAP imzaları MSK-ya təqdim edib
Prezidentliyə iddialıların sayı 13 nəfərə çatdı
Hafiz Hacıyev də prezidentliyə namizədliyini verib
Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü
Hillari Klinton prezidentliyə namizəd olmağı qəbul etdi
MSK İlham Əliyevin namizədliyi ilə bağlı sənədləri qəbul edib
Ana Vətən Partiyasından seçki - Bəyanatı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti