İlham Əliyev Vuçiçə məktub göndərdi

  • 14 fev 2018, 18:44

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilir.

"Demokratik.Az"

Oxşar xəbərlər