Xəbər lenti
Bütün xəbərlər

Erməni alçaqlar barmaq silkələdi: “Bunun nəticələri çox ağır olacaq”

  • 12 noy 2014, 20:17
Bu gün Azərbaycan-Ermənistan təmas xəttində Ermənistana məxsus hərbi vertolyotun vurulmasından sonra rəsmi Yerevan Bakının ünvanına hədələyici mesaj verib. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanissyan deyib: "Bu presendetsiz bir gərginlik səbəbidir və vertolyotumuzun məhv edilməsinin nəticələri rəsmi Bakı üçün çox ağır olacaq”. 

Ovanissyan "Mİ-24” vertolyotunun silahsız olduğunu və keçiriləcək ekspertizanın bunu sübut edəcəyini bildirib.
 
 
Demokratik.Az
Oxşar xəbərlər