Xəbər lenti
Bütün xəbərlər

Ruhani ilə görüş başladı

  • 12 noy 2014, 20:04
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi. İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verdi. İranın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

İlham Əliyevin və Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Oxşar xəbərlər