Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Həsən Ruhani ad gününü Bakıda qeyd edəcək

İran prezidenti Həsən Ruhani ad gününü Bakıda qeyd edəcək. ANS TV-nin məlumatına görə, 65 yaşına sabah Bakıda qədəm qoyacaq Həsən Ruhani İranın Semnan şəhərində, şah rejiminə qarşı mübarizə aparan bir ailədə doğulub. Hələ uşaq yaşlarından dini təhsil almağa başlayıb. Ruhani siyasətçi olmaqla yanaşı akademik və Şotlandiyanın Qlazqo Universitetinin doktorudur.

Həsən Ruhani ad gününü Bakıda qeyd edəcəkÖz siyasi fəaliyyətinə 60-ci illərdən Ayətullah Xomeyninin İslam hərəkatında başlayıb. Onunla birgə ölkə boyu səfərlər edərək şah rejiminə qarşı çıxışlar edib. Bu illər ərzində dəfələrlə həbs olunan Ruhani İslam inqilabından sonra daha fəal şəkildə siyasətlə məşğul olmağa başlayır.

Dünyanın digər siyasi qütbü olan Rusiyaya da Həsən Ruhani nüfuzlu bir siyasətçi kimi yaxşı tanışdır. İran kütləvi informasiya vasitələri Ruhanini danışıqlar aparmaq məharətinə görə "şeyx diplomat' adlandırır. Onun Azərbaycanla da kifayət qədər əlaqələri olub. Hətta o, 2001-ci ildə Bakıya səfər edərək burda yüksək səviyyəli görüşlər keçirib.

Ruhani prezident seçildikdən sonra isə Qərblə İran arasında danışıqları yenidən canlandı desək yəqin ki, yanılmarıq. Ruhaninin informasiya texnologiyaları, gənclərin geyim azadlığı ilə bağlı səsləndirdiyi fikirlər İranda olduğu kimi bütün dünyada bu siyasətçiyə qarşı müsbət fikirlər formalaşdırdı. Məsələn idman geyimində gəzintiyə çıxmaq, futbol izləmək və s. Bütün bunlar Ruhaniyə qədər İran siyasətində şahidi olmadığımız məqamlardır. Amma İranın dövlət kursunu prezident deyil, ali dini lider müəyyən etməsi isə dəyişməz olaraq qalır.
Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.