"Qarabağ-FK"nın qələbəsi məni maraqlandırmır"

  • 24 avq 2017, 17:57

Demokratik.Az-ın məlumatına görə, sayıqlamaları ilə diqqət çəkən millət vəkili Astan Şahverdiyev də "Qarabağ FK”-nın qələbəsi ilə bağlı münasibətini bildirib. Onun fikirləri maraqlı olub.

A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili "Qarabağ FK” ilə maraqlanmadığını deyib:

"Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ” məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar. ”

Qeyd edək ki, "Qarabağ” FK” ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Demokratik.Az

Oxşar xəbərlər