Putin agentlərini Qarabağa göndərdi-MƏXFİ PLAN

  • 07 iyun 2017, 07:15
Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. "Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı "Su-30SM” qırıcı təyyarələri gətiriləcək.

"Alayda olan "MiQ-29” təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır. Alayda 6 ədəd "Su-30CM” olmaqla, ümumilikdə 12 təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan "MiQ-29”lar hansısa digər aviasiya polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası olacaq”, - deyə nəşr qeyd edir.

Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsinin səbəbləri maraqlıdır.

Publika.az xəbər verir ki, erməni jurnalist Sarqis Artsruni "Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir” sualını araşdırıb.

Erməni jurnalist yazır ki, Ermənistanın müstəqilliyi formaldır: "Bizim ölkəmiz daha çox ön mövqe, poliqon rolunu oynayır. Erməni hakimiyyəti də sərbəst siyasətə malik olan subyekt deyil və birbaşa Moskvaya itaət edir. İndi əsas sual 2018-ci ildən – Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra nələrin olacağıdır. Hesab etmək olar ki, rusların hərbi bazanı möhkəmləndirməsi məhz 2018-ci ildən sonrakı dövrə hesablanıb”.

Erməni jurnalist Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markovun "Rusiya istəməzdi ki, Ermənistan onun geosiyasi rəqibləri tərəfindən tutulsun” sözlərini xatırladır.

"Markovun sözləri bir az sərt səslənə bilər, lakin vəziyyəti tamamilə obyektiv əks etdirir. Bədbəxtlikdən, Ermənistan Rusiyanın poliqonuna çevrilib və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) ilə Avrasiya İqtisadi İttifaqının maraqlarına xidmət edir. Moskva üçün Ermənistanın maraqları lüzumsuzdur”, - deyə o qeyd edir.

S.Artsruni məqaləsində maraqlı bir məqamı da açır. Yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkir: "Bu informasiya müxtəlif mənbələrlə təsdiqlənib. Rusiya agentlərinin Qarabağa baş çəkməsinin səbəbləri nədir? Bu sualın əsas cavabı belədir: onların əsas hədəfi Qarabağdakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əhval-ruhiyyəsini öyrənməkdir. Hazırda Qarabağ Rusiya xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana qaytarılması prosesini hazırlayır”.

Erməni jurnalist bütün bunların fonunda Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsinin təsadüfi olmadığını yazır.

"Rusiya Suriyadakı əməliyyatları üçün Ermənistanı poliqona çevirəcək və bizim ölkəni qanlı müharibəyə sürükləyəcək”, - deyə o qeyd edib.
Oxşar xəbərlər