"Əli Kərimlinin böyük şirkəti var imiş - “Ali-Export” MMC

  • 27 apr 2017, 07:58

Azərbaycanda hamı bilir ki, ölkənin ixracının böyük hissəni neft və neft məhsulları təşkil edib son illərdə. İqtisadiyyatı bu vəziyyətə gətirən Azərbaycan hakimiyyəti isə hələ indi ayılıb və ixracda qeyri-neft sektorunun çəkisini artırmağa girişiblər. Amma ixracda qeyri-neft sektorunun çəkisini artırmağa Azərbaycan hakimiyyəti ilə birlikdə onun digər tərəfdaşı olan "Ali-Export” MMC də girişib. Bu "Ali-Export” MMC – 99% səhmləri Əli Kərimliyə məxsus olan və siyasi mühacir ixracı ilə məğul olan bir şirkətdir. 

Bu fikirləri AXCP funksioneri Səbuhi Əliyev bildirib: "Bu arada hörmətli oxuculardan xahiş edirəm ki, bu "Ali-Export” şirkətinin dünyada məşhur olan "Ali Express” şirkəti ilə qarışdırmasınlar. Bu şirkətlərin ikisi də ixracla məşğul olur, hər ikisi də xarici valyuta qazanır - amma AliExpress Çindən bütün dünyaya bütün malları ixrac edib valyuta qazanır, Ali-Export şirkəti isə yalnız Azərbaycandan siyasi mühacir ixracı ilə məşğul olur. "Ali-Export” MMC-nin təsisçiləri bilinmir, çünki Azərbaycan hakimiyyəti 2012-ci ildə "İnformasiya əldə etmək haqqında” Qanuna dəyişiklik edib və indi heç bir şirkətin təsisçisinin kim olduğunu bilmək olmur, amma güman edilir ki, Ali-Export MMC-nin təsisçiləri hansısa xarici dövlətlərdir. Ali-Export MMC-nin icraçı direktoru isə əlbətdə ki, Əli Kərimli adlı şəxsdir. Bu icraçı direktorun fəaliyyətə başladığı dövrlərdə Ali-Export MMC Qərb ölkələrinə yüzlərlə saxta siyasi mühacir ixrac etmişdir və bu əməliyyatlardan milyonlar qazanmışdır. Təxmini hesablamalara görə Əli Kərimlinin "Ali-Export” MMC-si Azərbaycan Respublikasının ümumi qeyri-neft sektoru ixracında təxmini 5% paya malikdir. Hamı Azərbaycanın ixrac potensiallı müəssisələri kimi Embawood, STP, Azərxalça, AzGranta və sair şirkətləri tanıyır, bu gündən isə bilin və agah olun ki, siyasətçi kimi tanınan lakin əslində start-up biznesi ilə məşğul olan Əli Kərimlinin saxta sənədlərlə siyasi mühacir ixracı ilə məşğul olan "Ali-Export” MMC-si də Azərbaycanın əsas ixrac yönümlü şirkətidir. 

Əli Kərimlinin rəhbərliyi altında siyasi mühacir ixracını artırmaq üçün "Ali-Export” MMC- hətta ölkə daxilinə də investisiyalar yatırır. Belə investisyalara nümunə kimi bu yaxınlarda (08 Aprel 2017) Bakı şəhərində, "Məhsul” stadionunda keçirilən piketi göstərmək olar. Həmin piket iştirakçılarının bir çoxu məhz ixrac sənədlərini (şəkillər çəkdirmək, polislə mübahisə, sutkalıq həbs və sair) düzəltmək üçün oraya toplanmışdılar və yəqin ki, bu yaxınlarda siyasi mühacirətə gedərlər. Azərbaycan hakimiyyəti isə ölkədə qeyri-neft sektorunun ixracını artımaq üçün bu piketə icazə vermişdi ki, ölkəyə valyuta daxil olsun. 

Yeganə problem odur ki, Əli Kərimlinin saxta siyasi mühacir ixrac edib qazandığı valyuta gizlədilir və vergilərdən yayındırılır. Əli Kərimli artıq çoxdan siyasətçi olmaqdan çıxıb və biznesmenə çevrilib, buna görə də az qala kiçik sahibkarlardan hər qəpiyin vergisini alan Vergilər Nazirliyi gərək Əli Kərimlini də VÖEN almağa, DSMF-də uçota durmağa məcbur etsin. Xeyir ola ölkədə bütün sahibkarlar, şirkətlər öz işçilərinə görə DSMF-yə 22% ödəniş edirlə amma Əli Kərimli öz "Ali-Export” MMC-nin ştatında olan Gözəl Bayramlı, İlham Hüseynli və sairlərə görə, o cümlədən xaricdəki filiallarının rəhbərləri Qənimət Zahidə, Natiq Ədilova görə heç bir vergi ödəmir ? Bütün biznesmenlər kimi Əli Kərimli də "Ali-Export” MMC-nin fəaliyyətinə görə, şirkətin hər ixrac etdiyi saxta siyasi mühacirə görə aldığı minlərlə dollar puldan vergiləri ödəməlidir !

Bu aralar hələ Milli Şura deyilən qurum adından Cəmil Həsənli adlı bir yaşlı müəllim deyib ki, guya 8 aprel mitinqinə 10.000 adam gəlmişdir. Əgər bu həqiqətən belədirsə onda demək Əli Kərimlinin "Ali-Export” MMC-si çoxlu saxta siyasi mühacir ixrac etmək niyyətindədir və buna görə də ondan artıq 18% ƏDV tutulmalıdır".

// Cebhe.info
Oxşar xəbərlər