Aİ Azərbaycanla danışıqlara başlayır

  • 18 apr 2017, 17:22

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərin danışlqların gündəliyində vizaların ləğvi ilə bağlı məsələnin olub-olmaması barədə sualının cavabında bildirib.

"Danışıqların geniş gündəliyi var. Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik", o qeyd edib.

Xatırlayaq ki, aprelin 25-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq. Danışıqların başlanması üçün "Şərq tərəfdaşlığı” məsələləri, Rusiya və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə direktor Lyuk Devin Bakıya gələcək.

Demokratik.Az

Oxşar xəbərlər