Ən yaxın silahdaşı Əli Kərimlini istefaya çağırdı:

  • 09 apr 2017, 19:01

AXCP rəhbərlərindən biri olmuş Sahib Kərimli 8 aprel mitinqinin uğursuzluğuna görə keçmiş liderini suçlayıb. Özünün Facebookdakı səhifəsində vəziyyəti təhlil edən Sahib Kərimli aşağıdakıları yazıb:

"Ölkədə ciddi narazılıqlar və idarəetmədə köklü dəyişikliklərə ehtiyac var. Mitinqin vaxtı ilə bağlı informasiya yüzminlərlə vətəndaşa çatmışdı. Cəmiyyətdən mitinqə dəstək gəlmədi, həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə cəmiyyət ciddi zədə aldı.

Təşkilat (AXCP) və onun işi zəifdir.
Liderin (Əli Kərimli) reytinqi aşağıdır, insanlar güvənmirlər.

AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar.

Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan.

Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi?

Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı?

Əli Kərimli kənddə böyüyüb, elə həmin kənddən onlarla adamı hakimiyyət onun evinin qarşısında söydürüb. Öz kəndçisini gedib Bakıda söyüb qayıdan qohum və həmkəndli geri dönüb həmin kənddə heç nə olmamış kimi yaşaya bilirsə, bunun başqa səbəblərini axtarmaq lazımdır.

AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur.

Buradan iddia edirəm ki, mən sadaladığım vətəndaş qruplarının hər birindən onlarla adamı ətrafımda birləşdirmişəm, istəsəniz bu məkanda onu ifadə edə bilərlər.

Əli bəy, istefa verin!"


 


 

Oxşar xəbərlər