“Qarabağın açarı Paris və Vaşinqtonda yox, Moskva və Tehrandadır”!”
Demokratik.Az Modern.az-a
istinadən Emmanuel Dyupinin "Rusiya Dağlıq Qarabağdakı həss münaqişəyə necə son
qoya bilər?” başlıqlı məqaləsini təqdim edir.
"İki barşımaz qonuş arasında müharibə SSRİ-nin dağılmasından sonra başlamışdı
və Cənubi Qafqazın stabilliyi və inkişafı üçün daim təhlekə yaradır. Regionun
qarşısında duran yeni geosiyasi hədəflər fonunda Dağlıq Qarabağ münaqişəsi bir
qədər köhləmiş görsənə bilər. Bundan pis olanı isə 1994-cü ilin mayında
imzalanmış atəşkəs rejimi sayəsində az-çox dondurula bilən münaqişənin 30 illik
status-kvodan sonra yeni eskalasiyaya doğru sürüklənə bilməsi ehtimalıdır.
Bunun sübutu ötən ilin aprelində onlarla azərbaycanlı və erməni hərbçisinin
həyatına son qoyan insidentlərdən görünür”.
"Sülhə töhfə verə biləcək bütün hüquqi, qanunuverici və diplomatik qərarlar
kağız üzərində münaqişənin həll yolunu göstərsə də, reallıqda münaqişənin sülh
yolu ilə həllinə heç bir fayda vermir. Çünki "Soyuq müharibə”nin və SSRİ-nin
çöküşünün doğurduğu strateji reallıq hazrki reallıqla üstə düşmür. İndi
münaqişənin açarı ATƏT-in Vyanadakı baş ofisində, Vaşinqtonda yaxud Parisdə
deyil, daha çox Moskva, İstanbul və Tehrandadır”.
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması
son 25 ildə iki Qafqaz respublikası arasındakı konfliktin həlledici faktorudur.
Sülhün əldə olunması üçün Rusiyanın rolu hələ heç zaman bu qədər təsirli və
həlledici olmamışdı. Moskva tərəflərə təsir imkanlarına malikdir. O, Bakını
KTMT-a üzv olmağa sövq edir lakin hər dəfə rədd cavabı alır.
KTMT-ın üzvü Ermənistan isə müasir silahlara ( o cümlədən İsgəndər” raketləri)
malikdir və ərazisində yüzlərlə rus hərbi məsləhətçisinin olmasından faydalanır.
Azərbaycan isə bu imtiyazlardan istifadə etmir və Ermənistanın pulsuz əldə
etdiyi silahları pulla almağa məcburdur”.
Hazırda Moskvanın maraqları öz çevrəsindəki ölkələrdəki konfliktli halların
həll olunmasındadır. Bununla Moskva öz hərbi və maliyyə gücünü Avrasiya,
Qafqaz, Mərkəzi Asiya və Aralıq dənizi regionlarına yönəltmək istəyir”.
"Ümid edək ki, Azərbaycan və Ermənistan prezidentləri münasib vəziyyətdən
istifadə edərək parlamünt seçkiləri öncəsi müharibə təxribatı istəyən
Yerevandakı "isti başları” sakitləşdirə, digər tərəfdən isə rəsmi Bakının
həddən artıq yüksək hərbi büdcəsinin azaldılmasına nail ola bilərlər”.
"Tez-tez deyirlər ki, sülh imzlamaq üçün 2 tərəf lazımdır. Dağlıq Qarabağ
münaqişəsində bu tərəflərin sayı üçdür. Top Suriya münaqişəsində olduğu kimi
Moskvanın ərazisindədir”.
Demokratik.Az
