İlham Əliyev İrana rəsmi səfər edir

  • 04 mar 2017, 18:49

Sabah, martın 5-də, Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayır. Bu barədə İran mətbuatı xəbər verib.

Səfər çərçivəsində Azərbaycan prezidenti İran rəhbərliyi ilə qarşılıqlı siyasi və iqtisadi maraq kəsb edən məsələləri müzakirə edəcək.

Qeyd edək ki, sonuncu dəfə İlham Əliyev 2016-cı ilin fevral ayında İranda rəsmi səfərdə olmuşdu.

Oxşar xəbərlər