Prezident Gömrük Komitəsi haqda fərman imzaladı

  • 06 okt 2016, 20:17
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
Əsasnamənin 3.1.42-ci yarımbəndinə "ictimai informasiyanın” sözlərindən sonra "o cümlədən həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, habelə idxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qruplarının dəyişdirilməsi barədə məlumatların” sözləri əlavə edilib.
Oxşar xəbərlər