Ölkəmizdə ipəkçiliyin inkişafı ilə bağlı SƏRƏNCAM

  • 15 sen 2016, 18:36

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

 

President.az-ın məlumatına görə, sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək.

 

Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər