Alman məskənlərinin salınmasının 200 illiyi keçiriləcək

  • 30 avq 2016, 20:11

Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirəcək.

 

 Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər