Qazaxa 3 milyon ayrıldı-sərəncam

  • 19 avq 2016, 21:14

Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Demokratik.Az-ın məlumatına görə, sənədə əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər