Prezident yeni sərəncam imzaladı
- 18 iyul 2016, 18:42
İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
2. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:
2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. 2-ci bənddən "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və "işə dair” sözləri "iş barədə” sözləri ilə əvəz edilsin;
2.2.2. 4-cü bənddə "Ümumi şöbənin” sözləri "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;
2.3. 3-cü hissə üzrə:
2.3.1. 1-ci bənddə "II bölməsində” sözləri "2-ci hissəsində” sözləri ilə əvəz edilsin;
2.3.2. 3-cü bəndin ikinci cümləsindən "bir qayda olaraq” sözləri çıxarılsın.