Demokratik TV
Baş nazir əyani təhsillə bağlı QƏRAR İMZALADI
Baş nazir Əli Əsədov Azərbaycanda 2021-2022-ci il tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb.
Demokratik.Az xəbər verir ki, qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanılacaq və əyani formada təşkil ediləcək:
- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;
- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;
- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan;
Eyni zamanda tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini, tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız
tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın və bu Qərarın tələblərinə müvafiq olaraq təşkilini təmin etməlidir.