Göygöl rayon Təhsil Şöbəsinin rəisi vəzifəsini təhvil verdi

  • 14 avq 2021, 17:01
Təhsil naziri Emin Əmrullayevin əmri ilə Göygöl rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev tutduğu vəzifədən azad olunub.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Elbrus Atayev özü məlumat verib. “İşdən çıxmağımla bağlı ərizəni özüm yazdım. Səbəb yorğunluğumdur”, – deyə E.Atayev bildirib.
Məlumat üçün qeyd edək ki, Elbrus Atayev 12 il Göygöl rayon Təhsil Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər