Mayis Bərxudarov daha iki medalla təltif olundu

  • 26 dek 2020, 21:01
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Təltif edilənlər arasında general-mayor Mayis Bərxudarov da var. General “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə də təltif olunub.
Oxşar xəbərlər