İslahat dalğası: Zeynal Nağdəliyevin 5 əməkdaşı işdən qovuldu

  • 19 may 2020, 11:56
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb. 
Demokratik.Az xəbər verir ki, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.
PA-da sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.
Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.
Məlumatı ilkin mənbə olaraq unikal.org saytı yayıb.
Demokratik.Az
Oxşar xəbərlər